Lexus “Life is Amazing” (Həyat inanılmazdır) adlı qısametrajlı film çəkilişləri üçün gənc və istedadlı rejissor axtarışına elan verib. Jon Goldman və Satsuki Okawa iki rejissorun filmi 2014-cü ilin Oktyabr ayına qədər beynəlxalq film festivallarında nümayiş olunacaq. Daha sonra isə həmin filmi online izləmək mümkün olacaqdır.



Lexus şirkətinin PR meneceri Nik Pearse bildirib: “Qısametrajlı filmlər silsilsində “Lexus”un əsas məqsədi gənc və istedadlı rejissorların öz bacarıqlarını təkmilləşdirməsində dəstək olmaq və həqiqətən də maraqlı bir şey yaratmaqdır”. Rejissorlar öz filmlərini Weinstein təşkilatının köməyi ilə yaradıblar. Goldmanın filmi “Market Hour” Okawanın filmi isə “Operation Barn Owl” adlanır.