Dünyanın 34 ölkəsində fəaliyyət göstərən VICE beynəlxalq gənclər jurnalı musiqini qulaqlıqda dinləməyi sevən insanlar üçün mobil telefon tətbiqi hazırlayıb. Tətbiq Mutesic adlanır. Mutesic tətbiqi GPS ilə inteqrasiya olunur və yaranmış təhlükə nəticəsində onun səsi azalır.
Belə olduğu halda isə insan yaranmış təhlükəyə diqqət yetirə bilir. Təhlükəli ərazini keçdikdən sonra isə onun səsi əvvəlki kimi bərpa olunur. Tətbiqdə gəzinti, qaçış və ya velosiped kimi istənilən rejimi seçmək mümkündür. Mutesic Saatchi & Saatchi Shanghai ilə əməkdaşlıq nəticəsində hazırlanmışdır.