Texnologiya nəhəngi olan Google, kabelli internetin və mobil internetin olmadığı bölgələrdə internetə çıxışı təmin etmək üçün peyklərdən istifadə etməyi qarşısına məqsəd qoyub.
Layihə, normal peyklər ilə müqayisədə daha alçaq səviyyədə yerləşdirilən yüksək tutumlu, kiçik 180 peyklə başlayacaq və gələcəkdə peyklərin sayı artırılaraq layihə genişlədiriləcəkdir. Google peyk sisteminə təxminən 1 milyard dollar xərcləməyi planlaşdırır.