Apple “WWDC 2014”də Apple bütün dünyaya və öz istifadəçilərinə yenilənmiş əməliyyat sistemin təqdim etdi. iOS 8 “inqilabi” yeddinci versiyanın məntiqi davamıdır. İlk yanaşmada qiymətləndirilməsinin qarışıq olmasına baxmayaraq, iOS 7 indi “ Apple” cihazların 89%-nə yüklənib. 


 


Bundan əlavə, “Apple”a görə, istifadəçilərin Androiddən “iOS”a  miqrasiyasının əsas səbəbi iOS 7 olur. “iOS 8”in görkəmində radikal dəyişiklik baş verməyib. Burada iOS 7 əsasında qurulmuş yaradıcı və inkişaf etmiş yenikiklər var.


 


Funksionalda baş verən dəyişikliklər maraqlı görünür. Apple klaviatura üzərində işləyib və qabaqcıl sadələşdirilmiş lüğət rejimini reallaşdırıb - QuickType. Bu sistem istifadəçinin yazmaq stilinə adaptasiya olunur. Həmçinin e-poçta yeni funksiyalar əlavə olunub. İdman, yuxu və s. hərəkətlər zamanı bədən sistemlərinə nəzarət etmək üçün çoxdan gözlənilən “Sağlamlıq” tətbiqi də əlavə olunub. Çəki, nəbz, qan təzyiqi, qanda şəkər səviyyəsi bunlar hamısı artıq bir yerdədir. Interaktiv köməkçi Siri 22 əlavə dil anlamağa başladı.


 


O, məşhur xidmət Shazam ilə inteqrasiya olunub. Artıq Siridən xahış edə bilərsiz ki, o, “iTunes”ə daxil olub hansısa mahnı və ya kitab alsın. HomeKit isə müxtəlif aksessuarlar və məişət texnikasının idarə edilməsi üçündür. Oyun həvəskarları üçün də maraqlı yeniliklər var. Söhbət yeni qrafik texnologiyası olan “Metal”dan gedir. O, sürəti on dəfə yüksəltməklə A7 prosessorunun performansını dəfələrlə artıracaq. Xüsusi proqramlaşdırma dili Swift, görüntünü tamamlayacaq. Apple, “iOS” və “OS X”i bir oyun platforması daxilinə inteqrasiya edəcək. 


 


Onun üstünlüyü çox yönlü və rahatlığında olacaqdır. İndi ən əhəmiyyətli məsələ “iOS 8”in beta versiyası developerlər üçün artıq mövcud olduğu halda adi istifadəçilərin onu payıza kimi gözləmək məcburiyyətində olmağıdır. Onu dəstəkləyən cihazların tam siyahısı da açıqlanıb: iPhone 4s, iPhone 5, iPhone 5c, iPhone 5s, iPod touch 5, iPad 2, iPad Retina, iPad Air, iPad mini və iPad mini Retina.