Google şirkəti “Diane von Furstenberg” dizayn studiyası ilə birlikdə “Google Glass”ın yeni dəbli silsiləsini təqdim edib. Bu silsilənin əsas xüsusiyyəti, “Google Glass” üçün dekorativ komponentlərin ilk dəfə “Google”dan kənarda işlənib hazırlanmasıdır. 


 


Yeni eynəklərin satış tarixi İyun ayının 23-nə nəzərdə tutulub. Müştərilər beş çərçivə və səkkiz şüşə çalarları arasında seçim edə biləcəklər. Bu cür eynəklərin qiymət dəyəri isə təxmini 1,725 ABŞ dolları olacaqdır.