Apple şirkətinin icraçı direktoru Tim Kuk, developerlər  üçün illik konfrans “WWDC 2014”ün açılışında maraqlı statistika paylaşıb. Bu günə qədər Apple, 800 milyondan çox (100 milyon iPod Touch, 200 milyon iPad, və 500 milyon iPhone daxil olmaqla) iOS cihazları satıb. 


 


Bundan başqa, son on iki ay ərzində “Apple”ın müştəri bazası, rekord sayda artıb. Artıq 130 milyon yeni istifadəçisi var. Əgər IPhone 6 haqqında deyilənlər doğru çıxarsa, çox güman ki, WWDC 2015-ci ilə qədər bu rəqəm 100-200 milyon ədəd artacaq.