"Google Glass" ağıllı eynəkləri təhsil, səhiyyə və s. kimi insan fəaliyyətinin müxtəlif sahələrində istifadə olunur. Tezliklə “Google Glass”dan ABŞ hərbiçiləri istifadə edə biləcəklər.


 


Tracking Point şirkəti, Google Glass ilə işləyə biləcək yeni tüfəngi test edir. Belə ki, əsgərlər yöndəmsiz mövqelərdən rahat atəş aça biləcəklər, bu da hərbi mübarizə zamanı əsgər həyatını xilas edə biləcək.