Dünyanın ən məşhur video oyunlarından olan “Tetris”in 30 yaşı tamam oldu. Oyunun yaradıcısı Alexey Pajitnov və oyunun bazarda qorunub saxlanılmasında böyük qatqısı olan ortağı Henk Rogers, nə vaxtsa “Tetris”in belə bir fenomen ola biləcəyini təxmin etmədiklərini söyləyib.


 


Alexey Pajitnov verdiyi müsahibədə, "80-ci illərdə Rusiyada video oyunları alacaq dükanların olmadığını, bu səbəblə də disketlərə kopyalanaraq istifadə edildiyini söyləyərkən, “Tetris”i də eyni şəkildə kopyalayıb bir yoldaşına verdiyini və hadisələrin bu cür inkişaf etdiyini" izah edib.


 


“Tetris”ə olan böyük maraq sonrası tanış olduğu Henk Rogersin oyunun lisenziyasını almasına kömək etdiyini və bütün dünyaya yavaş-yavaş yayılmasında böyük qatqısı olduğunu söyləyən Pajitnov, video oyun nəhəngi “Nintendo”nun da “Tetris”'i almasıyla, oyunun necə bir fenomen halına gəldiyini ifadə edib.