“İOS 8”in yeni funksiyalarından biri “Time-lapse” rejimidir. Bilməyənlər üçün qeyd edək ki, bu rejimdə cihaz bir neçə saniyə ərzində, bir sıra şəkil çəkir, daha sonra onlardan videoçarx düzəldir.
Mobil şəkil həvəskarları üçün bu əsil tapıntıdır. Aşağıdakı videoçarxda isə “iPhone 5S”in kamerasının bu rejimdə necə işlədiyi nümayiş olunur.