Burberry nəhayətki Kara Devlin, Sookie Waterhouse və Malaika Firth iştirakı ilə yeni kolleksiyasının reklam kampaniyasını təqdim etdi. Onlar brendin payız-qış 2014-2015 geyim kolleksiyasının simasıdır.
Reklam kampaniyasının çəkilişləri əfsanəvi fotoqraf Mario Testinoya məxsusdur. Bundan əlavə şəbəkələrdə brendin reklamçarxı da nümayiş olundu. Reklamçarxını brendin yaradıcı direktoru Christopher Bailey hazırlamışdır.
