Google, Apple şirkətinin ağıllı ev cihazları üçün mənimsədiyi Contuniuity anlayışına və iBeacon xidmətinə rəqib olaraq bir hazırlıq ərəfəsindədir. “Google”un planlarına əsasən Android yaxınında olan ağıllı cihazları avtomatik olaraq tanıyacaq və onlarla problemsiz ünsiyyətə keçə biləcək.
Buna əsasən bir Android cihaz sahibi kompüterinə yaxınlaşdığı zaman kompüteri ilə telefonu arasında avtomatik olaraq əlaqə qurulacaq və fayl mübadiləsi edilə biləcək.
“Apple”ın iBeacon sistemində isə, mağazalar və ya fərqli məkanlar, öz məkanlarına kiçik Bluetooth cihazlar yerləşdirəcəklər. Bu məkanlara daxil olan iOS cihazlarının sahiblərinə mesajlar göndərərək müxtəlif fürsət və kampaniyaların lokal elanını etmək mümkün olacaq. Google şirkətinin Android inkişaf planları, iBeacon sisteminə rəqib ola biləcək xidmətləri də ehtiva edir. Nearby adlı Android xidməti ilə Google, Android sahiblərinin çox daha asan alış-veriş edəbilməsini və yaxın ətraflarında satılan məhsulların siyahısına asanca çata bilmələrini hədəfləyir.
