Sony şirkəti Tayvanda smartfon “Xperia ZL2”nin beynəlxalq versiyası “Xperia Z2a”nı təqdim etdi. “Xperia Z2a” smartfonu “Xperia Z2” kimi eyni texniki spesifikasiyalara malikdir.


 


Lakin daha kiçik ekran və ön paneldə daha çox lazımlı sahə var. Beləliklə, cihaz 5 düymlük VA-panel, 2.3 GHz ilə dörd nüvəli Snapdragon 801 çipset, RAM 3 GB, avtofokus ilə 20.7-meqapikselli kamera, 3000 mAh batareya gücü və Android KitKat 4.4.2 ilə təciz edilib.


 


“Xperia Z2a” yalnız 16 GB daxili yaddaş təklif edilir. Sudan qorunma standartlarına malikdir. Cihaz İyul ayında satışa çıxarılacaqdır. Qara, ağ və firuzəyi rənglərdə olmaqla müştərilərə təqdim olunacaq.