Sözügedən "ağıllı eynək" tamamilə Türk istehsalı olması və gözdən əlil insanlar üçün istehsal edilməsiylə ağıllı eynək anlayışında özünə tam fərqli bir yer ayırdı. Bu ağıllı eynək təməl olaraq gözdən əlil insanlar gəzdikləri zaman önündəki maneələri ayırd edə bilmələri üçün planlaşdırılıb.
Gözdən əlil insanların həyatını bir az da olsa asanlaşdırmaq üçün istehsal edilən bu eynək görmə maneəli kəslərin önlərinə çıxan maneələri sensorların köməyi ilə təsbit edərək bu cisimləri titrəmə xəbərdarlığına çevirir. Bunun nəticəsində də görmə maneəli kəsləri olabiləcək qəzalardan qoruya bilir. Ağıllı eynək qarşısına çıxan obyektləri sensor köməyi ilə təsbit edərək görmə maneəli insana o cismə nə qədər yaxın olduğunu hiss etdirir.