Bütün kinoteatrlarda tamaşaçıların film əsnasında hər hansı bir cihazla çəkiliş etmələri qadağandır. ABŞ-da yerləşən Alamo Drafthouse kinoteatrı yeni aldığı bir qərarla salonlarında "Google Glass" istifadə edilməsini də qadağan etdi. 


 


“Google Glass”ın qadağan olunma səbəbi təhlükəsizlikdir. Geyilə bilən texnologiya deyildiyində ağla ilk gələnlərdən biri olan “Google Glass”a qadağa qoyuldu.


 


Video çəkə bilən Google Glass cihazı gözdə olan zaman çəkliş etməyə başladığında, üzərində çəkiliş xüsusiyyətinin aktiv olduğuna dair hər hansı bir işıq yanmır. Bu vəziyyət daha əvvəl də gündəmə gəlməsinə baxmayaraq Google tərəfindən dizaynda hər hansı bir dəyişiklik ediləcəyinə dair məlumat verilməmişdi. Kinoteatrın direktoru Tim League atdığı bir tweet ilə bu xəbəri yaymışdır.


 


League etdiyi şərhdə “özünün də cihazı sınadığını və daha ilk səfərində “Google Glass”ın film piratlığı mövzusunda istifadə edilə biləcək çox təsirli bir cihaz olduğunun fərqinə vardığını ifadə etmişdir”. Buna bənzər bir hadisə daha əvvəl ABŞ-ın məşhur kino zənciri “AMC”də də yaşanmışdır. Film əsnasında Google Glass istifadə edən bir şəxs FBI səlahiyyətliləri tərəfindən salondan çıxardılmışdır.