Fransanın mobil brendi olan “M6 Mobile” çox maraqlı bir layihə həyata keçirdi. Bu layihə SMS olmadan yaşaya bilməyən yeniyetmələrə həsr olunmuşdur. “Ogilvy Paris”in layihəsində şagirdlərin dərs zamanı sms yazaraq nələr itirdikləri haqqında bəhs edilir.



Tarix, riyaziyyat, biologiya və başqa dərsliklərin səhifələrində “sms” mövzuları yerləşdirilmişdir. Məsələn fəlsəfə dərsliyinin bir mövzusunda “ Şüurlu və şüuraltı...Bu gün axşam içki içməyə hazırsınızmı? Bu mövzular əsas sualla bağlıdır. Çips gətirimmi? və s” sms mövzuları yerləşdirilib. Hər bir belə mətnin altında operatorun logosu və imzası var: “Don t Text and School” (Mesajları və məktəbi birləşdirməyin).