Apple şirkəti aldığı son qərarda xüsusilə iPhone 3GS, iPhone 4 və iPhone 4S modelləriylə birlikdə istifadəçilərə təqdim etdiyi enerji yükləyən cihazını həddindən artıq istiləşmə və yanma təhlükəsi səbəbiylə dəyişdirir. Şirkət “Model A1300" nömrəli enerji yükləyən cihazlar üçün dəyişmə proqramı başlatdı.


 


37 ölkəni əhatə edən sözügedən proqram çərçivəsində Apple tərəfindən edilən şərhdə “dəyişmənin enerji yükləyən cihazın həddindən artıq isindiyini və təhlükəsizlik riski meydana gətirdiyi səbəbiylə edildiyini qeyd etdi”.