Bir çox mobil cihazda yaşanan “batareyanın qısa ömrü” problemi "elastik litium-keramik batareya" ilə tarixə qarışa bilər. Ağıllı saatların ən böyük problemlərindən biri, şübhəsiz ki, “qısa batareya ömrü” problemidir.


 


Ancaq ilk dəfə “Computex 2014”də gördüyümüz və indi ardıcıl istehsalına başlanıldığı elan olunan "elastik batareya" bu problemi həll etmək üçün böyük bir addım olaraq xarakterizə edilə bilər.


 


"ProLogium" adlı bir şirkət tərəfindən istehsal olunan batareyalar, adından da göründüyü kimi elastik bir quruluşa sahibdir. Bu sayədə, saatın kəmərinin içərisinə rahatlıqla yerləşdirilə bilir və cihazlara əlavə 500 mAH batareya gücü təmin edir. “ProLogium”un elastik batareyaları əsas olaraq ağıllı saatları hədəf alsa da, Google Glass kimi geyilə bilən texnologiya məhsullarına da əlavə güc təmin edə bilir.