"Amazon" şirkəti, uzun müddətdir ki, gözlənilən telefonunu təqdim edib. Fire Phone adıyla təqdim edilən telefon, 4,7 düym ekrana, alüminium düymələrə və yüksək həllolma əmsalı olan LCD ekrana malikdir.


 


Telefonun diqqət çəkən bir başqa xüsusiyyəti üç ölçülü (3D) görünüşünü təmin etməsidir. Amazon şirkətinin CEO-su Jeff Bezos, telefonun bu xüsusiyyətini "dinamik perspektiv" adlandırıb. Üç ölçülü görünüş xüsusiyyəti sayəsində, telefon proqramlarını ekrana toxunmaq yerinə telefonu yana çevirərək işə salmaq mümkündür.