Apple şirkəti artıq yeni 21.5 düymlük “iMac”ını təqdim etdi. Yeni iMac, xüsusilə ultra incə dizaynı, parlaq ekranı və Core i5 prosessoru ilə diqqət çəkir. iLife və iWork proqramlarını pulsuz olaraq özü ilə gətirən yeni iMac, iLife tətbiqi tərkibində zəngin məzmunlar təqdim edir.
iLife: iMovie ilə sevimli videolarınızı tənzimləmənizə, GarageBand ilə yeni musiqilər yaratmağınıza, piano və ya gitara öyrənməyinizə, iPhoto ilə ən yaxşı çəkilişlərinizi tənzimləmənizə və paylaşmanıza imkan yaradır.
Digər tərəfdən OS X əməliyyat sistemini də daşıyan yeni iMac, “OS X Yosemite”ın bahar aylarında ödənişsiz olaraq “App Store”lara yüklənməsiylə də yüksəldiləcək. 21.5 düym iMac, İyun ayının 19-dan etibarən “Apple Online Store” və “Apple Store”larda satışa təqdim edildi.
