Nike Football Wieden+Kennedy Sao Paolo-dan olan yeni reklam çarxını təqdim etdi. Reklam çarxında 1994-cü ildə dünyasını dəyişmiş Braziliyanın məşhur yarışçısı Ayrton Senna brendin gənc pərəstişkarlarını “ora çatmaq üçün” motivə edir. “Get There” reklam çarxı Sennanın səsi ilə yazılmış və idmanla məşğul olan gənc insanlar haqqında kəskin kadrlar təqdim edir.
“Kimliyindən, sosial vəziyyətinin yüksək və ya aşağı olmasından asılı olmayaraq Sənin məqsədin güclü və qərarlı olmaqdır və hər zaman hər şeyi Allaha inanaraq etməkdir”, - Senna deyir. Reklam çarxının sonunda “Braziliyalı olmağa cəhd et” yazısı və “Nike”nin rəsmi internet saytına keçid əks olunur.