Amerikanın kosmetika brendi olan “Kiehls” Dünya xaricində kişilər üçün üz kremi təbliğ edir. “Kiehls” məhsulu ən çətin şəraitdə belə test etmək üçün kosmosa kiçik bir gəmi buraxdı.
“Kiehls”in bu tətbiqinin hazırlanmasında НАСА tərəfindən yaradılmış kosmik gəmilərin xarici təsirlərdən qounması məqsədilə Aerolite materialından istifadə olunmuşdur. Kosmik gəmiyə bir neçə GoPro kameraları və hava şarı yerləşdirilmişdir.
Layihəni Night Agency New York təşkilatı hazırlmışdır. Layihənin növbəti mərhələsi hər iki cinsə aid olaraq davam etdiriləcəkdir. “Kiehls” iştirakçılardan “sıfır çəki” mövzusunda selfi çəkməyi və onları # spaceface və # contest hashtagı altında sosial şəbəkələrə göndərməyi təklif edir. Ən yaxşı işin müəllifləri qalib elan olunacaq. Onların 3D formatında hazırlanan şəkilləri kremin axtarışı üçün stratosferə göndəriləcəkdir.