"Glance" kiçik və üzərində incə ekranı olan bir aparatdır. Onu normal saatınızın kəmərinin içəri hissəsinə keçirirsiniz və bütün ağıllı saatların xüsusiyyətlərinə sahib bir məhsula sahib olursunuz.


 


Glance bir çox şey edə bilir. Bluetooth ilə ağıllı telefonunuzu birləşdirdikdə kimin zəng etdiyini görmək mümkündür, telefonunuz bir yerdə yaddan çıxıb qaldığı zaman onu tapmağa kömək edir, bilək və barmaq hərəkətlərinizi əmrlərə çevirə bilir.


 


İşin ən gözəl tərəfi isə odur ki, üç ölçüsü var və istənilən saatla istifadə etmək mümkündür. Əgər saat taxmaq istəmirsinizsə onu xüsusi dəri kəmər ilə tək başına bir aksesuar olaraq da istifadə etmək mümkündür. “Glance”ın kiçik LED ekranına gələn mesajları görmək, bir düymə ilə avtomatik olaraq cavab vermək, istənməyən zəngləri spam siyahısına salmaq mümkündür.


 


“Glance”ın 3D hərəkət qəbul etmə xüsusiyyəti də maraqlıdır. Çünki bilək və barmaq hərəkətləri ilə TV-yə uzaqdan əmr etməniz və ya kompüterdə əlinizi mouse kimi istifadə etməniz, hətta siçan düyməsinə basar kimi klik etmək belə mümkündür. Hal-hazırda istehsala keçmək üçün Kickstarter saytında açılan hədiyyə kampaniyasında, istədikləri miqdarın üçdə biri əldə olunmuşdur.