Nokia yaxın zamanlarda yeni “Nokia X” model telefonunu təqdim etməyə hazırlaşır. "Nokia"nın Android əməliyyat sistemli telefonlarını bazara təqdim etdiyi yalnız bir neçə ay olmasına baxmayaraq şirkət, yenilədiyi “Nokia X” silsiləsini tanıtmaq üzrədir.
Şirkət Microsoftun idarəsində olmasına baxmayaraq Android sistemli telefon istehsal etməkdən imtina etmədi. “Yeni X2”lərin isə texniki xüsusiyyətləri inkişaf etdirilərkən, qiymətinin eyni səviyyədə qalması gözlənilir.
“Nokia X2”nin 4.3 düymlük daha böyük bir ekran, 1GB RAM, 1.2GHz cüt nüvəli Snapdragon 200 prosessor, 4GB daxili saxlama, 5 megapiksel kamera və VGA ön kamera ilə gəlməsi gözlənilir. Bu ankı XL və X+ modellərində də olduğu kimi, bənzər texniki xüsusiyyətlərə sahib bir və ya iki modelin də “Nokia X2”nin yanında tanıdılması gözlənilir.