Intel yeni mesajlaşma tətbiqini təqdim etdi. İsmarıcların arasına əlavə etdiyimiz üz ifadələri yerinə fərqli bir sistem təqdim edən Intel, “Pocket Avatars” ilə mesajlaşmanı daha əyləncəli bir hala gətirir.


 


Ağıllı telefonların ön kamerası ilə üz ifadəsini qavrayan “Pocket Avatars” adlı bu tətbiq istənilən virtual üz ilə mesajlaşmanı təmin edir. Pulsuz animasiyalar xaricində ödənişli animasiyaların da olduğu bu tətbiqi iOS və Android əməliyyat sistemli cihazlara yükləmək mümkündür.