Amerikalı Mark One ağıllı “Vessyl” fincanı hazırladı. Bu ağıllı fincan ona süzülən içkinin tərkibini müəyyənləşdirməyi bacarır. Fincan fitnes və smartfonlar üçün olan məşhur tətbiqlər ilə inteqrasiya olunub.



“Vessyl” fincanı istifadəçilərin sağlamlığının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. “Vessyl” kimyəvi tərkibi və içki adını müəyyənləşdirən sensor ilə təchiz olunmuşdur.



Məlumat Bluetooth sahibi vasitəsilə smartfona ötürülür. Düzdür fincanın imkanları məhduddur. Fincan yalnız Pepsi, Coca-Cola və bu kimi məşhur içkiləri tanıyır. “Vessyl” i ABŞ-da www.myvessyl.com internet saytından 99 dollara sifarişlə əldə etmək mümkündür. Növbəti ilin əvvəlində satışa təqdim olunacaq.