Gələn ay Apple şirkətinin tədarükçüləri “iPhone 6” smartfonlarının istehsalına başlayacaq. Smartfonların istehsalı ilə “Hon Hai Precision Industry” və “Pegatron” şirkətləri məşğul olacaq.
Birinci şirkət cihazların 70%-ni, ikincisi isə 30%-ni hazırlayacaq. Qeyd edək ki, bəzi məlumatlara görə, Avqust ayında 4,7 düym ekrana malik model təqdim olunacaq. 5,5 yaxud 5,6 düymlük ekrana malik daha böyük “iPhone 6” modeli isə Sentyabrda satışa çıxarılacaq.