Axtarış mühərrikiylə başlayan internet macərasını, e-poçt, xəritələr, multimedia arxivi, oyun, tətbiqlər və başqa xidmətləri ilə davam etdirən Google, 78 fərqli dil arasında etdiyi tərcümələrlə də istifadəçisinin gündəlik həyatını asanlaşdırmağı bacarır.


 


Hər nə qədər bir çox professional tərcüməçilər tərəfindən “Google Translate”in yetərsiz olduğu bildirilsə də mobil tətbiqləri sayəsində praktiklik təmin edən "Google Translate" söz və cümlə çevirilərinin yanında indi də işarə dilini çevirməyə hazırlaşır. “Google”un yeni xidməti Gesture, işarə dilini istənilən dildə olan sözlərə çevirə bilir.


 


İsveç, Stokholmda yerləşən Berghs Ünsiyyət Məktəbinin şagirdləri və Google əməkdaşlığı  ilə inkişaf etdirilən Google Gesture, ağıllı cihazlar üzərində bir tətbiq olaraq istifadəyə təqdim ediləcək. İşarə dillərinin təyin olunması üçün tətbiq içərisində proqramla işləyən EMG yəni Electromyography sensorlar var. Sistem hələ inkişaf etdirilmə mərhələsindədir.