Google, ağıllı telefonlardan sonra tamamilə ağıllı cihazlar vasitəsilə idarə edilə bilinən ağıllı televizor işinə başlladı. Şirkət, San-Fransiskoda təşkil edilən bir tədbirdə internet bağlantısı olan televizorlar, oyun konsolları və stolüstü vericilər (modemlər) üçün Android TV sistemini təqdim edib.


 


Android sistemi olduğundan, televizoru  Samsung, LG, HTC, Motorola  şirkətlərinin telefonlarına və ağıllı cihazlarla idarə etmək mümkündür. Android TV, öz cihazlarını sistemə daxil etmək istəyən digər istehsalçılara da açıq olacaq.


 


“Google”dan edilən şərhdə, Sharp, Sony, TP Vision kimi istehsalçıların televizorları və Asus ilə Razr markalı stolüstü vericilərin Android TV-ni işlədə biləcəyini söyləyib. “Google”un Android bölməsinin mühəndislərindən Dave Burke, "Androidin imkanlarını televiziyalara daşımağı əhəmiyyətli bir fürsət olaraq qiymətləndiririk" deyib. Burke, Androidin səslə idarə oluna bilinməsi, məzmun yükləmə və böyük ekran imkanlarına güvəndiklərini söylədi.