“Louis Vuitton”nun yaradıcı direktoru vəzifəsində Marc Jacobsu əvəz edən Nicolas Ghesyauiere “Series 1” adı altında özünün ilk reklam layihəsini təqdim etdi. Layihə üçün üç məşhur fotoqraf Annie Leibovitz, Juergen Teller və Bruce Weber dəvət olundu.
Onların hər birindən brendin yeni 2014 payız-qış geyim kolleksiyası üçün öz bacarıqlarını göstərmələri tələb olundu. Modellər rolunda isə Liya Kebede, Freja Beha Erichsen, Jean Campbell və aktrisa Charlotte Gainsbourg iştirak edib. Çəkilişlər Mayami, Nyu-York və Venesiyada aparılıb. Layihə haqqında üç reklamçarxı çəkilməsinə baxmayaraq şəbəkələrdə yalnız biri nümayiş olunub.


