Ağıllı saatlar dünyasının məşhurluğu qarşısında gecikmək istəməyən Google, "Android Wear" adını verdiyi yeni əməliyyat sistemi ilə həm daşına bilən cihazlar həm də ağıllı saatlar dünyasında gələcəyini bir mənada təminat altına almışdır.


 


Wear platformasının təqdimatı əsnasında Motorola da bir ağıllı saatı tanıtmış və hətta ilk ağıllı saatların yaz ayları içərsində hazır hala gələcəyini müjdələmişdi. Yarışma edən Motorola, ağıllı saat dizaynını istifadəçilərin öhtəsinə buraxdı.


 


Gələn 1300 dizaynın içindən 10 dənəsi finalçı olmağı bacardı və bu 10 dizayn Motorolanın Google+ səhifəsində paylaşıldı. Birinci seçilən dizaynın sahibinə Motorola 360 hədiyyə edəcək olan istehsalçı, digər 10 iştirakçıya isə 50 Dollar dəyərində Google Play Store hədiyyə çeki verəcək. Motorola 360 üçün daha əvvəl də açıqlanan satış qiyməti isə 249 dollar olacaq.