Apple şirkəti “iPhone 5S”in gizli imkanlarını nümayiş etdirən “Powerful” reklam kampaniyasının davamını təqdim etdi. Brendin yeni emosional reklam çarxı smartfonun köməyi ilə uşaqların necə tərbiyyə olunmasına həsr olunub.
“Parenthood” adlı yeni reklam çarxı valideynlərə smartfonun köməyi ilə uşaqlara necə dişlərini fırçalamağı öyrətməyi, sevimli ev heyvanını tapmağı və rəsm çəkməyi izah edir. Reklam çarxında həmçinin yeni “HomeKit” sistemi ilə birlikdə çalışan tətbiq də nümayiş olunub.