“Microsoft” tərəfindən satın alınan “Nokia” markasının yeni adının nə olacağı dəqiqlik qazandı. “Microsof” şirkətinin “Nokia”nı satın almasından bu yana qəti cavabını tapa bilməyən ən əhəmiyyətli sual, şübhəsiz yeni cihazların üzərində hansı markanın olacağı idi.
Son iddiaya görə, yeni cihazlarda həm Nokia, həm də Microsoft markası olacaq. Başqa cür desək iki marka birləşəcək və qarşımıza "Nokia by Microsoft" olaraq çıxacaq. Daha da maraqlı bir iddia isə, bu mərhələdən sonra, “Microsoft”un Surface markasını ləğv edəcəyi və yoluna tablet bazarında da “Nokia by Micrsoft” markasıyla davam edəcəyi istiqamətindədir.