“Microsoft Office”in mobil platformadaki alternativi olaraq adlandırılan “Quickoffice” bundan sonra “App Store” və “Google Play Store”da yer almayacaq. Minlərlə istifadəçiyə sahib olan “Quickoffice” tətbiqinin yayımdan qaldırıldığını eşidən şəxslər yeni bir tətbiq axtarışına başlasalar da Google əslində “Quickoffice”a alternativ bir xidmətə sahib olduğu üçün bu tətbiqi istifadədən qaldırdığını bildirib. Artıq “Quickoffice”a sahib olmasanız da onunla etdiyiniz hər şeyi Google Drive ilə də edə biləcəcəksiniz.