"Apple"ın Sentyabr və Oktyabr aylarında tanıtmağı planlaşdırdığı ağıllı saatı "iWatch"un səsli mesajlaşma dövrünün qapılarını ardına qədər açacağı iddia edildi.


 


"Apple"ın ağıllı saatı "iWatch" ilə əlaqədar bu günə qədər yayılan iddiaların bir çoxu cihazın xüsusilə sağlamlıq sensorları və ekran ölçüləriylə əlaqədar məlumat verirdi.


 


Ancaq araşdırma şirkəti "UBS"dən Steve Milunovichin etdiyi son şərhə görə "iWatch"un ən əhəmiyyətli xüsusiyyəti səsli mesajlaşma texnologiyası olacaq və istifadəçilər əlləriylə mətn yazmaqdan xilas olacaq. "iWatch"un ekranı kilidliykən belə qulağınıza yaxınlaşdırdığınız zaman sizə göndərilən bir mesajı səsli olaraq dinləyə və yenə eyni paraleldə səsli mesaj göndərəbiləcəksiniz.