Bu il yalnız "Samsung" şirkəti böyük miqdarda smartfon təqdim etmiyəcək. Eyni zamanda Lenovo da böyük miqdarda smartfon təqdim etməyi planlaşdırır. “Lenovo”nun vitse-prezidenti və şirkətin Çində yerləşən mobil biznes qrupunun baş direktoru Zhang Hui məlumat verib ki, bu il şirkət daxili və xarici bazar üçün 60-dan çox smartfon təqdim edəcək.


 


Smartfonların təxminən yarısı “4G”ni dəstəkləyəcək. Qeyd edək ki, bu yaxınlarda Çin şirkəti tərəfindən əldə olunan Motorola nəzərə alınmır. Lenovo bir il ərzində dörddə üç hissəsinn daxili bazarda satılacağı 80 milyon smartfon satmağı planlaşdırır.