Google şirkəti musiqi xidmət “Songza”nı satın aldı. Sözügedən musiqi xidmətinin elanında “Biz Google şirkətinin bir hissəsi olduğumuzu elan etməkdən çox məmnunuq. Hələlik “Songza” üçün daha sürətli və istifadəçilər üçün maraqlı dəyişiklikdən başqa iri miqyaslı dəyişiklik düşünülmür” - deyə bildirilib.


 


Google və “Songza” satınalmanın məbləğini açıqlamır. Lakin “The New York Times”ın xəbərinə görə bu satınalma 39 milyon dollara həyata keçirilmişdir.