İngiltərəli mobil telefon istehsalçısı “Vertu” “Ferrari” ilə 8 illik müqaviləsi başa çatdıqdan sonra yeni əməkdaşlıq qurub. Şirkətin yeni əməkdaşı isə “Bentley” oldu. “Vertu” əməkdaşlıq çərçivəsində “Vertu for Bentley” silsiləsindən olan 5 mobil telefon təqdim edəcək.


 


İlk mobil telefon Oktyabr ayında təqdim olunacaqdır. Onun qiyməti isə 12000 avra təşkil edir. Məhdud sayda olan bu silsilə 1000 cihazdan ibarət olacaq.