“LBL Communication Group” təşkilatı “Lanit” şəbəkə akademiyası üçün qeyri-adi reklam layihəsi hazırladı. “Lanit” şəbəkə akademiyası informasiya texnologiyaları sahəsində kadr hazırlanması üzrə ixtisaslaşmış və IT-mütəxəssislər hazırlayan özəl təhsil mərkəzidir.



Sözügedən təhsil mərkəzinə həsr olunmuş reklam layihəsində “kompüter dilində” ünsiyyət quran iki kompüter əks olunub. “Maraqlıdır onlar nəyin müzakirəsini edir?” yaradıcılar soruşur və özləri də cavab verir “Müasir texnologiyanın dilini bilmək üçün mütləq proqramlaşdırma kurslarını bitirmək lazımdır”.