Belçika musiqi festivalı “Tomorrowland” Facebook sosial şəbəkəsində təsadüfi tanışlıqların təhlükəsizliyini təmin etmək  üçün öz qonaqlarına kömək etmək qərarına gəldi.


 


Tədbir ərəfəsində giriş biletinə sahib hər bir şəxs içərisində qeyri-adi bilərziyin olduğu bir məktub aldı. Bilərziyin içəri hissəsində cihazı aktiv etmək üçün unikal kod (UID) yerləşdirilib.


 


e-mail qeydiyyatından keçildiyi təsdiq olunduqdan sonra bilərzik Facebook hesab sahibinə məxsus olur. Bilərziyin sahibi gələcək dostuna tərəf əlini qaldırmalıdır və ona dostluq göndərmək üçün düyməyə toxunmalıdır. Həmin şəxs təklifi qəbul etsə o zaman onlar sosial şəbəkədə “Friend” (Dost) olurlar.