Sony şirkəti “Xperia C3” smartfonunu təqdim etdi. Smartfon bir neçə ay ərzində 3 milyondan çox satılan məşhur “Xperia C” davamçısıdır. 


 


Sony “Xperia C3”ün əsas xüsusiyyəti geniş künclü LED flash ilə 5 meqapikselli frontal “PROselfie cam” kamera oldu. Cihazın kameradan rahat istifadə etmək və “ən yaxşı selfie” çəkmək üçün bir neçə maraqlı elementi şəkili dərhal redaktə etmək və s. imkanları var.


 


Telefon 5,5 düymlük IPS HD ekran, 1.2 GHz ilə 4 nüvəli prosessor Qualcomm Snapdragon 400, RAM 1 GB və daxili yaddaş 8 GB, 2500 mAh batareya gücü ilə təciz edilib. Həmçinin 7.6 mm korpus qalınlığa və 150 qram çəkiyə malikdir. Smartfon açıq yaşıl, qara və ağ rəngələrdə olmaqla satışa təqdim olunacaq. Satış startı isə bu ilin Avqust ayına planlaşdırılır.