“BlackBerry Messenger” bundan illər əvvəl pulsuz mesajlaşmanın ən öndə gələn adı idi. Bu sıralar özünü yox olmaqdan qurtarmağa çalışan “BlackBerry” mesajlaşma platformasını bir az gec də olsa fərqli platformaya gətirməyə başladı.
“BBM”in Windows Phone Storeda yeni kəşf edilən "xüsusi beta" versiyası məşhur tətbiqin yaxında bütün Windows Phone istifadəçilərinə təqdim olunacağının ipucunu verimiş ola bilər. Beləcə Skype, Snapchat, SMS, Facebook və ya WhatsApp ilə yetinəmyən istifadəçilər daha bir yeni varianta sahib olacaqlar.