"Nokia" şirkəti “Lumia 630” smartfonunun təşviqi üçün 100 günlük reklam kampaniyası başlatdı. Reklam kampaniyası gənc fotoqrafların və moda, illüstrasiya və buna bənzər digər sahələrdə çalışan insanların iştirakı ilə keçirilir.


 


Kampaniya çərçivəsində brend Şərqi Londonda İyul ayının 2-dən 6-dək “No compromises” mövzusunda sərginin keçirildiyi “pop-up gallery” yaratdı. Sərgi üçün 100 ən yaxşı fotoşəkil seçilmişdir.


 


İstifadəçilər “sosial valyuta” vasitəsilə sərgidən istədikləri fotoşəkli ala bilərdilər. Klout tətbiqinin köməyi ilə sosial şəbəkələrdə istifadəçi təsiri müəyyən edilir və təsir dərəcəsinə görə istifadəçi “pul” qazanır. İstifadəçi həmçinin fotoşəkillər hazırlamalı və onları #100aires#namenumber hashtagı altında paylaşmalı idi.