“Airbnb” şirkəti Studioilse, Jasper Morrison, Paternity və Raw Edges kimi dörd dizayn studiyası ilə birləşdi. Onların məqsədi xüsusi olaraq London Design Festival (London Dizayn Festivalı) üçün ağıllı ev dizaynı hazırlamaq idi.
Bu ilki festival “yeni həyat tərzi” mövzusunda keçirilir. “Airbnb” “ev adlanan məkanları” yeni baxış ilə təqdim etməyə hazırlaşır. Konseptlər 13-21 Sentyabrda Trafalgar meydanında nümayiş olunacaq.

“Raw Edge” studiyasının layihəsi saxlama xidmətinə çevrilən kiçik evdir. Həmin evin sahibi saxlama panelini hərəhət etdirməklə evi genişləndirə və dəyişə bilər. İnteryer elə qurulub ki, bir otağı dəyişən zaman digər otaqlar da dəyişilir.

“Studioilse” studiyası çaydan səsi, qapı cığıltısı və bu kimi gündəlik ev səslərinin rol oynadığı “ağıllı ev” layihəsi təqdim edir.

“Jasper Morrison” isə Trafalgar meydanında olan göyərçinlərdən ilhamlanaraq “ağıllı ev”i çoxlu göyərçin rəsmi və göyərçin heykəlcikləri ilə hazırlamaq qərarına gəlib.

“Patternity” studiyası da öz növbəsində “ağıllı ev” dizaynı hazırlayıb. Onların hazırladığı ev naxış vurğuları ilə təqdim olunacaq.
