"Samsung" şirkəti yenə də “Galaxy Tab S” tabletinin digərləri ilə müqayisədə üstünlüklərini qeyd etdi. Cənubi Koreyalı təqdimatçı müəyyən çətinliklər zamanı hansı brendin məhsulunun daha dayanıqlı olduğunu və rəqiblərin zəif cəhətləri haqqındakı mövzusunu davam etdirir.


 


Şirkət bu dəfə “The Next Big Thing is Here” ifadəsindən istifadə etmir. Yeni reklam çarxı “Sən də mən görəni görürsənmi?” şüarı altında keçirilir. Diqqət mərkəzində isə çoxfunksiyalılıq və Super AMOLED ekrandır.