Appleın daha geniş ekranlı olacağı iddia edilən ağıllı telefonu “iPhone 6”nın bu il deyil 2015-ci ildə istehsal ediləcəyi iddia edildi. Milyonlarla texnologiya həvəskarının maraqla gözlədiyi iPhone 6 gecikə bilər.


 


Texnologiya dünyasının  öndə gələn analitiklərindən “KGI Securities”in analitiki Ming-Chi Kuo, telefonun istehsal problemləri səbəbi ilə bazara çıxışının təxirə salına biləcəyini qeyd edib.


 


“AppleInsider”də verilən xəbərdə, yeni telefonun çıxış tarixi üçün 2015-ci il göstərilib. Mütəxəssisə görə, təxirə salmanın səbəbi həssas ekranın yeni ölçülərə görə nizamlanmasının gecikməsidir. Bununla bərabər, ekranda rəng və metal tarazlığının da tutuşdurulmasının təxirə salınmaya səbəb ola biləcəyi söylənilir. AppleInsider, maraqla gözlənilən ağıllı saat iWatchun da Dekabr ayına qədər bazara çıxmayacağına diqqət çəkib.