"Google" Avropadakı texniki şirkətlər arasında gələcəkdə yaxşı layihələr irəli sürən şirkətləri 100 milyon dollarlıq bir fondla dəstəkləməyi düşünür. "ABŞ"da böyük bir rəqabətin yaşandığı start-up şirkətləri arasında kapital şirkətlərindən fond almaq çox asandır.
Eyni zamanda kapital investisiya şirkətləri də bu şirkətlərin məhsul və xidmətlərinin dəyər qazanması sayəsində əhəmiyyətli gəlirlər əldə edirlər. Ancaq eyni mövzu Avropa üçün keçərli deyil.
Avropalı "startup"lar maliyyə qaynaq tapmaq mövzusunda daha çox çətinlik çəkir. "Google"un investisiya şirkətinin idarəçisi Bill Maris, Avropada çox əhəmiyyətli işlər görən gənc şirkətlətin olduğunu və onların fikirlərinin dəstəklənməsinin əhəmiyyətli olduğunu vurğulayaraq, SoundCloud, Spotify və ya Supercell kimi xidmətlərin Avropadan çıxdığını xatırlatdı. Hal-hazırda milyardlarla dollar dəyərə sahib bu xidmətlər kimi, Avropada hələ kəşf edilməyi gözləyən əhəmiyyətli şirkətlər olduğunu düşünən Google, 100 milyon dollarlıq bir fond ayıraraq bu şirkətləri dəstəkləyəcək.