Mesajlaşma xidməti "Snapchat" istifadəçilərin canlı hadisələri paylaşa bilməsi üçün yeni bir tətbiq hazırladı. Snapchat oynanan Almaniya-Argentina Dünya Kuboku finalından öncə istifadəçilərə bütün turnir hekayələrini bir araya gətirən "Our Story" adlı bir bölüm təqdim etdi.


 


"Snapchat" bu yeni tətbiq ilə canlı fəaliyyətlərin istifadəçilər üçün daha həyəcanlı və əyləncəli olmasını hədəfləyir. Məlum sosial şəbəkələrdə böyük tədbirlərdən öncə təzyiq hər zaman yüksəlir və şərhlər, müzakirələr o anın gündəmində olur.


 


"Snapchat" da "Our Story" ilə bu marağı həm özü həm də istifadəçiləri üçün faydalı bir xüsusiyyətə çevirməyə çalışır. Tətbiqin daha əvvəl də EDC (Electric Daisy Carnival) Our Story adıyla təqdim etdiyi bu xüsusiyyət futbol üzrə dünya çempionatın final oyunu zamanı özünü göstərdi. Final matçı başladığı zaman istifadəçilər daha əvvəl  Rio de Janeriodan paylaşdıqları "snap"larla Dünya Kuboku həyəcanını fərqli bir gözlə digər istifadəçilərə təqdim etmə imkanı tapdı.