Nike şirkətinin məşhur "Nike + Fuelband"ına rəqib olacaq "Adidas"ın yeni fitness biləkliyi "Fit Smart" rəqabət şəraitinin çətinləşdiyi zamanda bu sektoru yenidən hərəkətə gətirəcək.
"Adidas"ın ağıllı biləkliyi olan "mCoach Fit Smart" xüsusi özəllikləriylə digərlərindən fərqlənir. San Franciskoda təqdimatı olan bu biləklik bir idman vasitəsindən çox idman müəllimini xatırladır.
Digər biləkliklərdən fərqli olaraq Fit Smart yalnız idmanla məşğul olanda deyil hər an istifadəyə yararlıdır. Adidas Fit Smart yalnız ürək döyüntülərini deyil həm də yandırdığınız kalorini, addımlarınızı, gəzdiyiniz bütün məsafələri biləyinizdə göstərir. Ancaq cihazın əsas xüsusiyyəti ürək döyüntülərini göstərməsidir. Cihazın ekranında etdiyiniz idmanın ürək ritminizi ekrandakı rənglərə əsasən bilmək olar. Göy, yaşıl, sarı və qırmızı rənglər nə qədər ağır tempdə idman etdiyinizi göstəririr.


