Bu yay “Google” və Nike animasiyalı online reklam üçün yeni platformanı təcrübədən keçirdi. Layihəni futbol oyunları yayımlanan zaman ona reaksiya verən xüsusi bir mobil reklam sistemi hazırlamışdır.
Məsələn, qol vurulduqdan və ya qələbədən bir neçə saniyə sonra xüsusi sistem ilə təchiz olunmuş saytlar futbol meydançasında baş verən həmin maraqlı anları animasiya reklam üslubunda təqdim edir.
Fanlar həmçinin oyunun ən maraqlı anlarından ibarət olan şəxsi vizual məzmun da hazırlaya bilər. Braziliyada keçirilən futbol üzrə dünya çempionatı zaman fanların reklam elanlarını "Nike" idmançılarının şəkilləri ilə birlikdə 3D formatında afişlara çevirmək və həmin hazırlanmış fotoşəkilləri sosial şəbəkələrdə paylaşmaq imkanı var idi. Təcrübə Google texnologiyası və Art, Copy & Code proqramının köməyi ilə həyata keçirildi. Layihənin məqsədi isə reklamın yeni üslubunu yaratmaq və tapmaqdan ibarətdir. Bu ana qədər “Google” proqramında Volkswagen, Burberry və adidas kimi brendlər iştirak etmişdir.