"Facebook” sosial reklamlarnı idarə etmək üçün “Ads Manager” özəlliyi mobil telefonlara gəldi. Bütün kampaniyalarınızı və reklamlarınızı düzəldib və idarə etdiyiniz "Ads Manager" nəhayət mobil telefonlara gəldi.
Artıq sosial şəbəkədə marketinq fəaliyyətilə məşğul olanlar, səhifə idarəedənlər öz reklamlarını mobil cihazlar vasitəsi ilə idarə edə bilər.
Özəlliyi hal-hazırda yalnız "Facebook” sosial şəbəkəsinin İOS, Android və mobil şəbəkələrində istifadə edilə bilər. " Ads Maneger”in bütün istifadəçilərə təqdim edilməsi üçün bir az zaman lazımdır. Məlumata görə tətbiq bu yayın sonuna qədər bütün reklamçılara istifadəyə veriləcəkdir.